Keçmiş vəkil Elçin Namazovun ölüm xəbəri yayılıb.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Rövşən Hacıbəyli facebookda məlumat paylaşıb.
Məlumata görə, E.Namazov Bosniyada faciəli şəkildə həlak olub.
Elçin Namazovun yaxınları ilə xəbəri dəqiqləşdirmək mümkün olmayıb.
Qeyd edək ki, Elçin Namazov bir çox məşhur məhkəmə proseslərində müdafiəçi kimi çıxış edib.