DİN və DTX Şuşada əməliyyat keçirdi - FOTO
29 mart 2021 10:56 (UTC +04:00)

DİN və DTX Şuşada əməliyyat keçirdi - FOTO

Şuşada xeyli sayda silah-sursat aşkar edilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə əməliyyat  keçiriblər. Bu zaman Şuşa şəhərindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5130
avatar

Mehman Nəbiyev

Oxşar yazılar