DİN Şamaxıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yaydı
23 mart 2023 22:00 (UTC +04:00)

DİN Şamaxıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yaydı

Şamaxıda baş verən yol qəzasında sərnişin həlak olub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, bu gün Şamaxı rayonunun Quşçu kəndi ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü Elgün Nəbiyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və avtomobildəki sərnişin, 1973-cü il təvəllüdlü Ağsu şəhər sakini Arif Əliyev rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq A. Əliyev vəfat edib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.
 

# 2808
avatar

Oxşar yazılar