Davakar   şəhər meri saxlanıldı
22 mart 2024 10:54 (UTC +04:00)

Davakar şəhər meri saxlanıldı

Rusiyanın Kamçatka vilayətində təhlükəsizlik qüvvələri Yelizovo şəhərinin meri Artem Qaqloşvilini xuliqanlığa görə saxlayıb.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, Qaqloşviliyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (“Xuliqanlıq”) ilə iş başlanıb.

Qeyd olunur ki, merin adı artıq bir neçə qalmaqalda hallanıb. Belə ki, fevralın 1-də o, yol polisi əməkdaşları tərəfindən saxlanılsa da, tibbi müayinədən keçməkdən imtina edib. 2023-cü ilin dekabrında isə istirahət mərkəzində davaya başlayıb, bu da videoya düşüb.

# 2010
avatar

Oxşar yazılar