Daha bir xəstəxanada saxta COVID pasportu ƏMƏLİYYATI:  cinayət işi açıldı
29 sentyabr 2021 14:51 (UTC +04:00)

Daha bir xəstəxanada saxta COVID pasportu ƏMƏLİYYATI: cinayət işi açıldı

“Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində saxta “COVİD-19” pasportunun verilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, “Ağstafa rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə  Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Mehman Nəbiyev

Oxşar yazılar