Coratda böyük ƏMƏLİYYAT:  30 nəfər tutuldu - VİDEO
01 mart 2023 12:58 (UTC +04:00)

Coratda böyük ƏMƏLİYYAT: 30 nəfər tutuldu - VİDEO

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Corat qəsəbə sakini Tahir Quliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin aşkar olunub. Tahir Quliyev Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul oluğunu etiraf edib.

Qeyd edək ki, 1-ci Polis Bölməsinin əməkdaşlarının ilin əvvəlindən əsasən Corat qəsəbəsi və ətraf ərazilərdə keçirdikləri silsilə əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda müxtəlif adda narkotik vasitə və psixotrop maddələr aşkar edilib. Onlar barəsində toplanan materiallar Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat zamanı evlərdən oğurluqlar edən əvvəllər məhkum olunmuş Fərman Paşayev də saxlanılıb.

Onun Sumqayıt şəhərində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Fərman Paşayevin Sumqayıt şəhərində digər analoji cinayətlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsi istiqamətində  araşdırmalar davam etdirilir.

# 1467
avatar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54