Cəlilabadda narkokuryer saxlanıldı
18 sentyabr 2024 09:16 (UTC +04:00)

Cəlilabadda narkokuryer saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 33 yaşlı Cahid Vəkilov saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, ondan ümumilikdə 16 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.

 

Araşdırmalarla C.Vəkilovun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi və maddi qazanc qarşılığında Bakı şəhəri ərazisində deyiləcək ünvana çatdırmağa razılaşdığı müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405
avatar

Oxşar yazılar