Azərbaycanda TOYDA QƏTL:  kişini döyüb öldürdülər
18 sentyabr 2024 09:22 (UTC +04:00)

Azərbaycanda TOYDA QƏTL: kişini döyüb öldürdülər

Azərbaycanda toyda döyülən kişi ölüb. 

Lent.az xəbər verir ki, hadisə sentyabrın 10-da Göygöl rayonunda qeydə alınıb.

Rayonun Balçılı kəndində yerləşən şadlıq sarayında keçirilən toy məclisində Kərəmli kənd sakini, 1977-ci il təvəllüdlü Ramiz Mübariz oğlu Cəlilov münaqişə zəminində Ağstafa rayon sakini, 1987-ci il təvəllüdlü Elbəyi Novruz oğlu Nəbiyevi döyüb.

R.Cəlilov saxlanılıb. 
     
Xəstəxanaya yerləşdirilən E.Nəbiyev sentyabrın 17-si saat 11 radələrində orada ölüb. 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Oxşar yazılar