İllərlə küsülü olmuş müğənnilər Xalq artisti Faiq Ağayev və Nadir Qafarzadə qatıldıqları teleproqramlardan birində bir birləri haqqında xoş sözlər işlədiblər.
"Peşamanam, çəkişməsən bərkişməzsən. Sonda o da, mən də başa düşdük ki, biz pis insan deyilik. Aramızda nə baş verdiyini unutmuşam. Bəlkə birinci mən sancmışam. Etdiyimiz cavanlıq səhvləri idi".
Lent.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə deyib.
Faiq Ağayev isə Nadirlə bağlı bir əhvalat danışıb:
"Dəfələrcən deyib ki, peşmanam baş verənlərə görə. Nadirlə birlikdə toy oxumuşuq. O vaxt mənimlə toylarda Rühəngiz Allahverdiyeva oxuyurdu, o dedi ki, cavan oğlan var, gəl onu daxil edək qrupumuza. Mədəni bir oğlan gəldi. Toy ərzində də dayanmadan mənə qulluq da edirdi. Yarım saat oxudu, pulunu verdim. Nadirin heç televiziya fəaliyyəti başlamamışdı. Dedim ki, bunun gələcəyi var".