İtkin düşən daha 4 hərbçimizin qalıqları tapıldı
18 sentyabr 2024 10:21 (UTC +04:00)

İtkin düşən daha 4 hərbçimizin qalıqları tapıldı

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş daha bir qrup şəxsin meyit qalıqları müəyyən edilib.

Lent.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata əsasən, hərbçi Məmmədov Mübariz İlyas oğlunun meyit qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Səfərov Səfəralı Alverdi (Allahverdi) oğlunun meyit qalıqları Sumqayıt şəhəri Şəhidlər Xiyabanında, hərbçi Rüstəmov Tərlan Kamal oğlunun meyit qalıqları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Şəhidlər Xiyabanında, hərbçi Qəhrəmanov Bilal Qəhrəman oğlunun meyit qalılqarı isə Gədəbəy rayonu, Şəhidlər Xiyabanında dəfn ediləcək.

Dəfn mərasimləri sentyabrın 20-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602
avatar

Oxşar yazılar