Zibilxanada çəlləkdən professorun meyiti  tapıldı
17 sentyabr 2024 17:45 (UTC +04:00)

Zibilxanada çəlləkdən professorun meyiti tapıldı

Türkiyədə professorun meyiti zibilxanadan tapılıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Mersin şəhərinin Bozyazı qəsəbəsində baş verib. Burada zibilxanadakı çəlləkdən əlləri və ayaqları bağlı çılpaq kişi meyiti aşkar edilib.

Araşdırma zamanı meyitin Selçuklu Universitetinin keçmiş müəllimi, 77 yaşlı professor Səlahəddin Doludənizə məxsus olması üzə çıxıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri ilə hadisədə şübhəli bilinən mərhumun oğlu 33 yaşlı Orkun Doludəniz saxlanılıb. O, ifadəsində atasını evdə ölü halda gördüyünü, meyiti çəlləyə qoyaraq, zibilxanaya gətirdiyini deyib.

Hazırda araşdırmalar davam etdirilir.

Professor Səlahəddin Doludəniz

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar