Bakıda peşə liseyi tələbələri arasında KÜTLƏVİ DAVA
17 sentyabr 2024 22:20 (UTC +04:00)

Bakıda peşə liseyi tələbələri arasında KÜTLƏVİ DAVA

Bakının Xətai rayonunda kütləvi dava düşüb, ağır xəsarət alan var.

Lent.az xəbər verir ki, hadisə Məhsəti küçəsi 5 a ünvanında qeydə alınıb.

5 saylı Peşə Liseyinin 4-cü kurs tələbəsi 19 yaşlı Nəsirov Elmir Ramil oğlu təhsil ocağının tələbəsi ilə mübahisə edib.

Mübahisə zamanı tələbə E. Nəsirova xəncər vasitəsilə 5 dəfə zərbə endirib.

Yaralı ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Hazırda Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışına başlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar