İnterpolun axtardığı cinayətkar Azərbaycanda tutuldu
25 iyun 2025 17:29 (UTC +04:00)

İnterpolun axtardığı cinayətkar Azərbaycanda tutuldu

Rusiya Federasiyasının vətəndaşı, 29 yaşlı Zeynalov Sexran Ablaqa oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Rusiyada satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə etmə və saxlama əməlinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa verilmiş S.A.Zeynalov cari ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar