Azər Qasımlının vəkillərinin vəsatətləri təmin edilmədi
25 iyun 2025 18:47 (UTC +04:00)

Azər Qasımlının vəkillərinin vəsatətləri təmin edilmədi

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Aqil Layıc hakimə etiraz edib.

Vəkil daha sonra müvəkkili ilə məsləhətləşdikdən sonra etirazı geri götürüb.

Daha sonra vəkillər vəsatətlə çıxış edib.

Vəkil Rövşənə Rəhimli müvəkkilinin şüşə qəfəsdən çıxarılması və yanlarında əyləşdirilməsi ilə bağlı vəsatət qaldırıb.

Vəsatət təmin edilməyib.

Vəkil Aqil Layıc həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

Sonra cinayət işinə xitam verilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib.

Azər Qasımlı bildirib ki, özünü iş üzrə təqsirli bilmir və əksinə olaraq zərərçəkmiş şəxsdir. O, vəsatətlərin təmin edilməsini istəyib.

Daha sonra vəkil Rövşəna Rəhimli zərərçəkmiş şəxsin atası, anası və xalası oğlunun ifadələrinin sübutlar siyahısından çıxarılmasını iatəyib.

Vəkillər, həmçinin Mingəçevir və Şəki Apellyasiya Məhkəməsinindəki proseslərdəki audio və video protokolların məhkəmədən alınaraq sübutıar siyahısına salınmasını istəyib.

Məhkəmə həbs qətimkan tədbiriin dəyişdirilməməsi olə bağlı vəsatəti təmin etməyib. Digər vəsatətlərə iyulun 2-də keçiriləcək növbəti prosesdə baxılacaq.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.3 (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1466

Oxşar yazılar

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

Həbsxanadakı ərinə narkotik aparırdı - Qarşısı alındı

14 avqust 2025 , 14:48
Marketdən külli miqdarda lotereya bileti  oğurlandı

Marketdən külli miqdarda lotereya bileti oğurlandı

14 avqust 2025 , 13:29
Lənkəranda uşağı maşın vurdu

Lənkəranda uşağı maşın vurdu

14 avqust 2025 , 13:22
Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

Rusiyada zavod azərbaycanlılara görə BAĞLANDI

14 avqust 2025 , 13:00
Bakıda narkotacir qardaşlar  tutuldu

Bakıda narkotacir qardaşlar tutuldu

14 avqust 2025 , 12:16
"Avtoş"luq edən  daha bir motosiklet sürücüsü həbs edildi

"Avtoş"luq edən daha bir motosiklet sürücüsü həbs edildi

14 avqust 2025 , 11:15
Zaqatalada ƏMƏLİYYAT:   narkotik satan gənc tutuldu

Zaqatalada ƏMƏLİYYAT: narkotik satan gənc tutuldu

14 avqust 2025 , 10:33
Qubada yanğın törədən TUTULDU

Qubada yanğın törədən TUTULDU

14 avqust 2025 , 09:44