Ronaldonun sağlam qidalanma vərdişi  AÇIQLANDI
17 sentyabr 2024 18:11 (UTC +04:00)

Ronaldonun sağlam qidalanma vərdişi AÇIQLANDI

Braziliyalı futbolçu Aleks Telles Kriştiano Ronaldonun rasionundan danışıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, futbolçunun sözlərinə görə, portuqaliyalı sadəcə olaraq sağlam qidalanma ilə məşğuldur və tərəfdaşlarından da çox yeməməyi tələb edir.

Telles bildirib ki, bu səbəbdən bəzi futbolçular əfsanəvi hücumçudan belə qorxmağa başlayıblar.

“O, tamamilə fərqli yemək yeyir. O, çoxlu təbii qidalar yeyir və həmişə başqalarının boşqablarında olanlara baxır. Hətta desert götürməyə belə qorxurduq.

Nahardan sonra zülal qəbul etdiyi vaxt var idi və 15 gündən sonra süfrədə artıq 20-yə yaxın protein növü var idi. Oyunçular dietoloqlardan onu onlara vermələrini istədilər ki, orada sehr olub-olmadığını görsünlər”, – Telles vurğulayıb.

Qeyd edək ki, 31 yaşlı braziliyalı Aleks Telles Ronaldo ilə birlikdə "Mançester Yunayted" və "Əl-Nəsr"da 55 oyun keçirib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar