Çaqqal  40 nəfərə hücum etdi
22 noyabr 2021 21:21 (UTC +04:00)

Çaqqal 40 nəfərə hücum etdi

Hindistanın Katixar dairəsində çaqqal insanlara hücum edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 40 nəfərlik kütləyə hücum edən çaqqal, onların 8-ni yaralayıb.

Köməyə gələn digər kənd sakinləri çaqqalı öldürə biliblər.

Məlumata görə, son günlər bu ərazidə çaqqalların aktivliyi artıb. Qadınlar, uşaqlar və yaşlılar tez-tez bu heyvanların hücumuna məruz qalırlar.

Ekoloq Sumit Anand bildirir ki, çaqqalların hücum etməsinə əsas səbəb, yaxınlıqdakı meşələrin məhv olmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3036

Oxşar yazılar