Bu il Azərbaycanda neçə qadın öldürülüb? -  RƏSMİ CAVAB
12 avqust 2021 11:49 (UTC +04:00)

Bu il Azərbaycanda neçə qadın öldürülüb? - RƏSMİ CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bugünki mövzusu qadın cinayətləri ilə bağlıdır.

Son zamanlar qadınlara qarşı psixi və fiziki zorakılıq halları artıb. Bu isə cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Rubrikamızın "bu il baş verən cinayətlərində neçə qadın ölüb?" sualına Baş Prokurorluğun mətbuat xidməti cavab verib.

Bildirilib ki. qadın qətlləri sağlam cəmiyyət üçün ciddi təhdid olaraq qalır: "Təəssüflər olsun ki, təkcə 2021-ci ilin I yarımili ərzində baş vermiş qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın zərər çəkib. Qadınlara qarşı zorakılıqla mübarizədə ən böyük maneə susmaqdır! Susaraq cinayətə ortaq olma! Qadına qarşı zorakılıq halları ilə üzləşdikdə dərhal Baş Prokurorluğun "961" Çağrı Mərkəzinə müraciət et!".

Bu il başlayandan 33 qadın qəsdən öldürülüb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar