Bibiheybət məscidi yaxınlığında  DAHA BİR ÖLÜM:   47 yaşlı kişi...
02 dekabr 2021 10:19 (UTC +04:00)

Bibiheybət məscidi yaxınlığında DAHA BİR ÖLÜM: 47 yaşlı kişi...

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 2-də saat 7 radələrində paytaxtın Səbail rayonunda Bibiheybət məscdinin yaxınlığında qeydə alınıb. “Nissan X-trail” markalı avtomobil 47 yaşlı piyada Əliyev Məzahir Ziyad oğlunu vuraraq öldürüb.

Faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a təsdiq edib:

“Belə hadisələrin olmaması üçün dəfələrlə sürücü və piyadalara müraciət ünvanlamışıq. Bir daha xahiş edirəm, sürücülər daha da diqqətli olsunlar. Piyadalar da icazə verilməyən yerlərdən yolu keçməsinlər. Əks halda bu kimi bədbəxt hadisələr baş verə bilər. Buna görə də, həm sürücü, həm də piyadalar son dərəcə məsuliyyətli olmalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 25785
avatar

Mehman Nəbiyev

Oxşar yazılar