Beyləqanda maşın rəmzi giriş qapısına çırpıldı, 4 hərbçi yaralandı
18 may 2025 12:04 (UTC +04:00)

Beyləqanda maşın rəmzi giriş qapısına çırpıldı, 4 hərbçi yaralandı

Beyləqanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az APA-ya istinadən xəbər verir ki, hərəkətdə "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq rayonun giriş hissəsində inşa edilmiş rəmzi giriş qapısına çırpılıb.

Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Qəzada yaralananların hərbçi olduqları bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar