Əri bıçaqladı, qaçarkən binadan yıxılıb öldü
17 may 2025 18:48 (UTC +04:00)

Əri bıçaqladı, qaçarkən binadan yıxılıb öldü

Türkiyədə qadın ərindən xilas olmaq istəyərkən eyvandan yıxılaraq, ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nevşehir şəhərində baş verib.

1 uşaq anası İpək Öncül binanın 4-cü mərtəbəsindəki yaşadıqları evin eyvanından yıxılaraq ölüb. Araşdırma zamanı məlum olub ki, qadın əvvəlcə əri Mustafa Öncül tərəfindən bıçaqlanıb. İpək Öncül ərindən qaçmaq istəyərkən eyvandan yıxılıb. Aldığı xəsarətlərdən o, yerindəcə keçinib.

Polis Mustafa Öncülü saxlayıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar