Bakıda satıcı işlədiyi mağazadan 20 min manat oğurladı
17 may 2025 13:05 (UTC +04:00)

Bakıda satıcı işlədiyi mağazadan 20 min manat oğurladı

Bakının Nəsimi rayonunda yerləşən mağazaların birindən 20000 manat oğurlanıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin mağazada satıcı işləyən 34 yaşlı K.Novruzov saxlanılıb.

Rayon ərazisində daha bir oğurluq hadisəsi zamanı bir nəfərin 450 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı E.Cəfərov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar