Lənkəranda itə görə QƏZA:  3 nəfər yaralandı
17 may 2025 19:09 (UTC +04:00)

Lənkəranda itə görə QƏZA: 3 nəfər yaralandı

Lənkəranda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, üç nəfərin xəsarət aldığı qəza Lənkəran şəhərinin Heydər Əliyev prospektində, Azriba deyilən ərazidə qeydə alınıb.

Lənkəran rayonunun Tütəpeştə kənd sakini 38 yaşlı Tərlan Yaqub oğlu Rəhimov idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısını küçə iti çıxıb. İdarəetməni itirən avtomobil körpüyə çırpılıb. Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişinlər sürücünün həmkəndliləri 56 yaşlı Kinənaz İsmayıl qızı Qurbanova və onun oğlu 29 yaşlı Elman Solduz oğlu Qurbanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdiriliblər. K. Qurbanova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicələri müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar