“İsgəndər” raketinin yaradıcılarından biri Vladimir Nedoşivin Rusiyada qətlə yetirilib.
Lent.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Məlumata görə, 74 yaşlı Vladimir Nedoşivin sərxoş vəziyyətdə öldürülüb. Onu santexnik işləyən qonşusu dəhlizdəki pilləkənlərdən aşağı itələyib.
Hadisədən sonra kişi xəstəxanaya aparılsa da, bir neçə gün sonra dünyasını dəyişib.