Rusiyanın Leninqrad vilayətində məktəbli qız 12 yaşlı oğlandan hamilə qalıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu yaxınlarda 15 yaşlı qız Toksovo xəstəxanasına gedib və orada 7-8 həftəlik hamilə olduğu məlum olub. Yeniyetmə etiraf edib ki, bu ilin mart ayında uşağın atası ilə ilk dəfə cinsi əlaqədə olub. Məlum olub ki, “uşağın atası”nın da cəmi 12 yaşı var.
Hazırda erkən hamiləliklə bağlı məlumatlar təhlükəsizlik qüvvələri tərəfindən yoxlanılır. Çox güman ki, gələcək valideynlər yetkinlik yaşına çatmayanlarla iş şöbəsində qeydiyyatda olacaqlar.