Bakıda qadın evdən qızılları oğurladı
17 may 2025 14:23 (UTC +04:00)

Bakıda qadın evdən qızılları oğurladı

Bakının müxtəlif rayonlarında oğurluq edənlər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayonu ərazisində ayrı-ayrı 2 vətəndaşın yaşadıqları evlərdən naqil və təmir alətləri oğurlanıb. Nəticədə zərərçəkənlərə 2 min manata yaxın maddi ziyan vurulub.

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətmiş 32 yaşlı O.Həsənzadə saxlanılıb.

Yasamal rayonunda isə bir evdən 3500 manat dəyərində qızıl-zinət əşyası oğurlamış, əvvəllər dəfələrlə məhkum olunmuş 51 yaşlı A.Şahverdiyeva saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar