Bələdiyyə sədrinin qazini döyməsi ilə bağlı  YENİ XƏBƏR
28 aprel 2021 11:11 (UTC +04:00)

Bələdiyyə sədrinin qazini döyməsi ilə bağlı YENİ XƏBƏR

Beyləqanda bələdiyyə sədrinin qazini döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Beyləqan rayonu, İmamverdili kəndində qazinin döyülməsi ilə bağlı rayon Polis Şöbəsində araşdırma gedir. 

“Hazırda ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, aprelin 27-də qazinin bələdiyyə sədri tərəfindən döyülməsi ilə bağlı xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Mehman Nəbiyev

Oxşar yazılar