Bələdiyyə sədri qazini döyüb? - İDDİA
27 aprel 2021 16:45 (UTC +04:00)

Bələdiyyə sədri qazini döyüb? - İDDİA

Beyləqan rayonunun İmamverdili kənd bələdiyyəsində sədrlə qazi arasında qalmaqal olub.

Lent.az xəbər verir ki, həmin kənd sakini, Vətən Müharibəsi iştirakçısı, 30 yaşlı Teymur Kərimov bələdiyyə sədri tərəfindən döyülüb. Bu barədə o, özü saytımıza danışıb. Qazinin sözlərinə görə, onların arasında mübahisə anasının adına olan bələdiyyə torpağı üstündə düşüb: “Anamın adına bələdiyyə torpağı var. Kəndlilərə 10-15 il müddətinə verilir. Həmin vaxt bitdikdən sonra bələdiyyə 120 manat rüsumla yenidən müddəti uzadır. Bizim torpağın müddəti də bitib. Torpaqda pambıq əkmişik. Sədr Rasim Əliyev də pambıq əkini qaldığı halda torpağı əlimizdən almaq istəyir. Qanuna görə, torpağın istismar müddətinin artırılması üçün vətəndaşa möhlət verilməlidir”.

T.Kərimov deyir ki, məsələni həll etmək üçün bələdiyyə sədrinin qəbuluna gedib və olay da həmin an baş verib: “44 günlük müharibədə Füzuli, Hadrut, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Bir ayağım zədələnib. Əsa ilə gəzirəm. Aprelin 24-də qollarımdakı əsa ilə getdim bələdiyyə sədrinin qəbuluna. Xahiş elədim ki, səbr etsin, pambığımızı yığaq sataq, torpaqdan istifadə müddətini artıracağıq. Həmin an sədrin bacısı oğlu Vüsal da otaqda idi. Birləşib məni döydülər. Üç gündür Beyləqan rayon Mərkəzi Xəstəxanasında yatıram".

Məsələ ilə bağlı Lent.az bələdiyyə sədri Rasim Əliyevlə əlaqə saxlayıb. Sədr qazinin dediklərini təkzib edib. O, belə bir hadisənin baş vermədiyini və qazinin dediklərinin yalan olduğunu bildirib: “Mən bələdiyyə sədriyəm, uşaq deyiləm. Məni ağsaqqal kimi qoyublar bu vəzifəyə. Qazini döymək iddiası tam yalandır. Elə bir hal olmayıb. Hazırda bu iş polisdədir, araşdırma aparılır. Sonda bilinəcək kim-kimi döyüb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4674
avatar

Mehman Nəbiyev

Oxşar yazılar