Baş prokuror dili qoparılan uşağın işini nəzarətə götürdü - FOTO  - YENİLƏNİB
17 iyul 2021 17:00 (UTC +04:00)

Baş prokuror dili qoparılan uşağın işini nəzarətə götürdü - FOTO - YENİLƏNİB

Baş Prokurorluq azyaşlıya işgəncə verilməsi faktı ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtın Xəzər rayonunda 5 yaşlı uşağın anası və tanışı tərəfindən zorakılıq hərəkətlərinə məruz qalması və hazırda stasionar müalicə alması faktı Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Qeyd edilən məsələ ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində müvafiq səlahiyyətli qurumlarla əlaqəli şəkildə araşdırma aparılır.  

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

***

saat 14:06

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabından daha bir valideyn zorakılığına məruz qalmış uşaq haqqında paylaşım edib. 

Lent.az xəbər verir ki, 5 yaşlı uşaq anası tərəfindən nənəsinin əvvəllər işlədiyi kafeyə aparılıb:

"İşçilər nənəyə zəng vuraraq uşağın vəziyyətinin ağır olduğunu dyiblər. Daha sonra uşaq xəstəxananın Travmatalogiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir". 

Zorakılığa məruz qalan 5 yaşlı uşaq

Kəmalə Ağazadə dünən xəstəxanada olduqlarını və Daxili İşlər Nazirliyinin tədqiqat apardığını qeyd edib:

"Bu gün nənə ilə də görüşdüm. Nənə uşağa bunu edənin qızı Səadət  ilə sevgilisi Kamran adlı şərəfsizin olduğunu iddia edir. Uşağın bədənindəki siqaret izləri, gematomalar, dilinin qoparılması, gematomalardan toxumaların çürüməsi ağır işğəncələrdən xəbər verir. Uşaq da bildirir ki, anasının yanında sevgilisi Kamran onu döyüb və dilini dişləyib".

İctimai Birlik sədri təhqiqat  işinə müdaxilə etmək fikri olmadığını, amma Səadət və Kamran adlı şəxslərin suallarını cavablandırmaq üçün axtardığını qeyd edib.  

Kəmalə Ağazadə son olaraq vurğulayıb ki, Səadət və Kamran psixotrop maddə olan "patı"dan istifadə edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18696
avatar

Nigar Adil

Oxşar yazılar