Baş idarədən növbəti ƏMƏLİYYAT:  5 kilodan çox heroin tapıldı
06 yanvar 2021 11:27 (UTC +04:00)

Baş idarədən növbəti ƏMƏLİYYAT: 5 kilodan çox heroin tapıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçiriblər.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Bəşirov Nəsimi rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin və metamfetamin aşkar edilib. Onun yaşadığı mənzilə baxış zamanı əlavə 5 kiloqram 385 qram heroin və 414 qram metamfetamin götürülüb.

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qrupun digər üzvü - Abşeron rayon sakini L.Abuzərova da müəyyən edilərək saxlanılıb. Ondan narkotik vasitələrin satışından əldə olunmuş pulların yükləndiyi bankomat kartı götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 999
avatar

Mehman Nəbiyev

Oxşar yazılar