Baş həkimdən pul alan "reket jurnalist"  həbs edildi
12 iyul 2021 17:44 (UTC +04:00)

Baş həkimdən pul alan "reket jurnalist" həbs edildi

“www.sheffaf.az” xəbər portalının baş redaktorunun 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb. Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4638

Oxşar yazılar

Bakıda 44 yaşlı qadını qaçıran  şəxs tutulub -VİDEO

Bakıda 44 yaşlı qadını qaçıran şəxs tutulub -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42
Samuxda 37 yaşlı kişini bıçaqladılar

Samuxda 37 yaşlı kişini bıçaqladılar

20 may 2025 , 23:07
Bakıda avtobusun şüşəsini sındıran  saxlanıldı - VİDEO

Bakıda avtobusun şüşəsini sındıran saxlanıldı - VİDEO

20 may 2025 , 22:13