Balakəndə ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 15 radələrində İtitala kəndində baş verib. “VAZ-2106” markalı avtomobilin sürücüsü 31 yaşlı Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə həmin yolda hərəkətdə olan Allahverdi Osmanovun idarə etdiyi “VAZ-21011”lə toqquşub, daha sonra isə divara dəyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.