Turislərin ən çox oğurluğa məruz qaldığı ölkələr - SİYAHI
31 oktyabr 2024 19:46 (UTC +04:00)

Turislərin ən çox oğurluğa məruz qaldığı ölkələr - SİYAHI

“Quotezone” sığorta şirkətinin mütəxəssisləri sosial şəbəkələrdə istifadəçilərin rəyləri əsasında turistlərin ən çox oğurluğa məruz qaldığı Avropanın 10 ən məşhur turizm ölkəsinin siyahısını hazırlayıb. 

Lent.az-ın məlumatına görə, bu antireytinqə İtaliya başçılıq edir. 478 oğurluq faktının qeydə alındığı bu ölkədə ən təhlükəli yer Romadakı Trevi fəvvarəsi hesab edilir.

Hər milyon ziyarətçiyə 251 oğurluq hadisəsinin baş verdiyi Fransa siyahıda ikinci yeri tutub. Parisdəki Eyfel qülləsi yaxınlığı bu ölkədə cibgirlərin ən aktiv olduğu ərazidir.

Cədvəlin üçüncüsü İspaniyada isə 111 turistin başına oğurluq hadisəsi gəlib. Bu baxımdan ölkənin ən pis turizm məkanı Barselonanın piyadalar üçün nəzərdə tutulmuş Las Ramblas küçəsi sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Ləman Sərraf

Oxşar yazılar