Bakının mərkəzində İNSİDENT:   polis atəş açdı
30 sentyabr 2022 13:05 (UTC +04:00)

Bakının mərkəzində İNSİDENT: polis atəş açdı

Bakıda polisə tabe olmayan sürücünü saxlamaq üçün odlu silahdan istifadə olunub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, paytaxtın Səbail rayonunda “Mercedes” markalı avtomobil yol hərəkətini qaydalarını pozduğu üçün ona “Saxla” əmri verilib. Lakin o, tabesizlik göstərərək qaçmaq istəyib. Belə olduqda Yol Patrul Xidməti əməkdaşları xidməti silahla atəş açaraq, onu avtomobili saxlamağa vadar ediblər.

Həmçinin tabesizlik göstərən sürücü bu zaman 3 avtomobilin toqquşmasına səbəb olub.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, hadisə ilə bağlı cinayət işi başlanıb:

“Bu gün gecə saatlarında 39 yaşlı Səbail rayon sakini Muradov Yaşar Əli oğluna idarə etdiyi yük avtomobili ilə yolayrıcını keçmə qaydasını pozduğuna görə Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “saxla” əmri verilib. Onu da qeyd edim ki, polisə tabesizlik göstərərkən yaxınlıqdakı 5 avtomobilə ziyan vurub. Bu səbəbdən yol polisi əməkdaşları şəxsin saxlanılması üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar. Atəşlə avtomobilin arxa təkərlərini partladıblar və sürücünü saxlayıblar.

Saxlanılarkən şəxsin anlaqsız vəziyyətdə, sərxoş olduğu məlum olub. Şəxsdən kəskin spirt qoxusu gəlib. O, yol polisinə tabe olmadığı üçün əraziyə dəstək üçün post patrul xidmətinin əməkdaşları cəlb edilib. Şəxs saxlanıldıqdan sonra həkim müayinəsinə aparılıb. Məlum olub ki, o, nəinki alkoqollu içkinin təsiri altındadır, həm də narkotik vasitə qəbul edib. Şəxs barəsində protokol tərtib edilib və zəruri araşdırmalar aparılır. Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb”.

# 2946
avatar

Oxşar yazılar

2 nəfər dəm qazından öldü

2 nəfər dəm qazından öldü

6 dekabr 2022 , 00:54
Toğanalı-Kəlbəcər yolu hərəkətə açıldı -YENİLƏNİB  -FOTO

Toğanalı-Kəlbəcər yolu hərəkətə açıldı -YENİLƏNİB -FOTO

6 dekabr 2022 , 00:09
Yanan evdə meyit tapıldı

Yanan evdə meyit tapıldı

5 dekabr 2022 , 21:46
Azərbaycanda  yeniyetmə qız   özünü öldürmək üçün görün nə etdi?

Azərbaycanda yeniyetmə qız özünü öldürmək üçün görün nə etdi?

5 dekabr 2022 , 19:39
Azərbaycanda məktəb YANDI  - YENİLƏNİB

Azərbaycanda məktəb YANDI - YENİLƏNİB

5 dekabr 2022 , 18:23
"Əjdər Ol qardaşımdan 115 min manat alıb" - Səlim Müslümovun MƏHKƏMƏSİ

"Əjdər Ol qardaşımdan 115 min manat alıb" - Səlim Müslümovun MƏHKƏMƏSİ

5 dekabr 2022 , 18:00
Göyçayda gənc oğlan  yaşlı kişini   öldürdü

Göyçayda gənc oğlan yaşlı kişini öldürdü

5 dekabr 2022 , 17:49
Bıçağı 23 yaşlı gəncin  sinəsinə sancdı

Bıçağı 23 yaşlı gəncin sinəsinə sancdı

5 dekabr 2022 , 16:47