Bakıdakı marketdə kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI - YENİLƏNİB
04 iyul 2022 12:20 (UTC +04:00)

Bakıdakı marketdə kütləvi zəhərlənmənin SƏBƏBİ AÇIQLANDI - YENİLƏNİB

“Dünən axşam saat 23:00 radələrində marketdəki zəhərlənmə ilə bağlı xəstəxanaya gətirilənlərin ciddi şikayətləri olmayıb. Onlar həkimlər tərəfindən müayinə oluanaraq evə buraxılıblar”.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

O qeyd edib ki, zəhərlənmənin səbəbi hələ tam bəlli deyil:

“Lakin market ərazisində propan qazı ilə hansısa iş görüldüyü deyilir. İş aparan fəhlələrə heç nə olmayıb. Marketin işçiləri qaz iyini hiss ediblər və yüngül şikayətləri olub - ürəkbulanma, baş ağrısı və s. Heç kimin həyatı üçün təhlükə yaradacaq ciddi zəhərlənmə olmayıb”.

***

10:36

 

Bakıda kütləvi zəhərlənmə olub. 

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib və onlar abmulator müalicə üçün evə buraxılıblar.

Qeyd edək ki, mətbuatın yazdığına görə, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında "Bolmart" marketi yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7231

Oxşar yazılar