Bakıda zavodda PARTLAYIŞ:  ölən var
07 may 2022 11:02 (UTC +04:00)

Bakıda zavodda PARTLAYIŞ: ölən var

Mayın 6-ı saat 03 radələrində Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən, 1990-cı təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə Qaradağ rayon prokurorluğuna məlumat daxil olub. 

Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş verib. 

Nəticədə partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəyib. O, hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

Sevinc Fərid

Oxşar yazılar