Oğurlanan akkumulyator
25 iyun 2021 15:59 (UTC +04:00)

Oğurlanan akkumulyator

Bakıda yük maşınlarına qənim kəsilənlər tutuldu - VİDEO

Bakıda yük maşınlarından akkumulyatorlar oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonu, Qobustan qəsəbəsində iyun ayının 20-dən 23-dək olan müddətdə 11 vətəndaşa məxsus yük avtomobilinin akkumlyatorları oğurlanıb. Zərərçəkən sürücülər ərazi üzrə Qaradağ rayon Polis İdarəsi və 11-ci Polis Bölməsinə məlumat verən kimi hadisələri törədən şəxslərin axtarışlarına başlanılıb.

Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluqları etməkdə şübhəli bilinən paytaxt sakini İlkin Əzizov, Abşeron rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Abbasov və Siyəzən rayon sakini əvvəllər məhkum olunmuş Şəhriyar Yusifov saxlanılıblar.

Onlar ifadələrində Qobustan qəsəbəsində oğurladıqları akkumlyatorları Binəqədi rayonunda əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanlıb. Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda akkumulyator oğurlayanlar saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1701
avatar

Mehman Nəbiyev

Oxşar yazılar