Bakıda 7 gün əvvəl yoxa çıxan yeniyetmədən hələ də xəbər yoxdur.
Lent.az-ın xəbərinə görə, mayın 20-də Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan 17 yaşlı Əliyeva Leyla Rauf qızı şəxsiyyət vəsiqəsini götürərək evdən çıxıb.
Leylanın anası Raisə Əliyeva bu gün bildirib ki, qızından hələ də xəbər ala bilməyiblər: "Artıq, 7 gündür Leyladan xəbər ala bilmirik. O, sonuncu dəfə beş gün əvvəl zəng edərək "məni axtarmayın" deyib. Axtarış aparılması üçün polis şöbəsinə müraciət olunub".
R.Əliyeva qeyd edib ki, Leylanın hansısa qruplaşma tərəfindən qaçırıldığını düşünürlər.
Məlumatlara görə, yoxa çıxan qız sonuncu dəfə Nərimanov rayonu ərazisində görünüb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, Raisə Əliyevanın müraciətilə əlaqədar Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsinin əməkdaşları axtarış aparır: “Leyla Əliyevanı görən şəxslərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur".(APA)
Bakıda itkin düşən yeniyetmə