Bakıda avtomobil piyadanı vurub.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Pirşağı qəsəbəsi, M.Mirqasımov küşəsində baş verib. 22 yaşlı Kərimov Elgün Elçin oğlu idarə etdiyi "Rang Rover" markalı "Sport" model avtomobillə saat 23 radələrində piyada 44 yaşlı Abbasov Raqif Çingiz oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.