Zamin Fərəcov və qardaşı Cəbrayıl
09 sentyabr 2021 13:34 (UTC +04:00)

Zamin Fərəcov və qardaşı Cəbrayıl

Bakıda qardaşlar 30 minlik oğurluq etdilər - VİDEO

Bakının Binəqədi rayonunda torpaq sahəsindən oğurlqu edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayonunda paytaxt sakini olan bir nəfərin torpaq sahəsindən oğurluq edilib. Naməlum şəxslər oradan dəyəri 30 min manat olan metal konstruksiyaları oğurlayaraq hadisə yerindən yayınıblar.

Zərərçəkən şəxs ərazi üzrə Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə məlumat verəndən dərhal sonra hadisəni tərədən şəxslərin axtarışlarına başanılıb. Keçirilən əməliyyat tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakinləri Zamin Fərəcov və qardaşı Cəbrayıl  saxlanılıblar. Onlar ifadələrində törətdikləri cinayəti etiraf ediblər. 

Saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. 

Bakıda qardaşlar oğurluq etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Mehman Nəbiyev

Oxşar yazılar