Bakıda partiya funksionerinin həyətindən  OĞURLUQ:   qapını sındırıb...
04 noyabr 2021 12:11 (UTC +04:00)

Bakıda partiya funksionerinin həyətindən OĞURLUQ: qapını sındırıb...

Bakıda partiya sədrinin müavininin bağ sahəsindən oğurluq olub.

Lent.az-ın məlumatına görə, bu barədə Ümid Partiyasının sədr müavini Bəkir Həsənbəyli sosial şəbəkədə paylaşım edib. O bildirib ki, hadisə noyabrın 2-də baş verib:

“Mənə aid bağ sahəsindəki tikilinin qapısını sındırıb içərisindən bəzi əşyaları aparıblar. Hətta oğrular o qədər rahat olublar ki, dincəlib siqaret də çəkiblər. Sonra eşitdim ki, qonşu bağdan da oğurluq ediblər”.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı polisə məlumat daxil olub və araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1572
avatar

Mehman Nəbiyev

Oxşar yazılar