Bakıda öldürülən ana və övladlarının FOTOSU
21 fevral 2022 14:27 (UTC +04:00)

Bakıda öldürülən ana və övladlarının FOTOSU

Bakıda ötən gün öldürülən ana və övladlarının görüntüləri yayılıb.

Lent.az həmin görüntüləri təqdim edir:

Qətlə yetirilən ana

Qətlə yetirilən ana və övladları

Qeyd edək ki, məlum qətl hadisəsi fevralın 20-də paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova kirayədə yaşadıqları evdə iki azyaşlı övladı ilə birgə qətlə yetirilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Əhəd Əliyev polis əməkdaşları tərəfindən keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İkin məlumata görə, qətlə yetirilən G.Qaraxanovanın bacısının əri olan Əhəd Əliyev cinayəti tamah məqsədi ilə törədib. Həmin şəxsin evdən apardığı pulun bir hissəsi olan 20 min manat da ondan dəlil kimi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6576
avatar

Oxşar yazılar