Bakıda MOPED KABUSU:   12 ölü, 23 yaralı - HƏSSAS GÖRÜNTÜLƏR
31 iyul 2025 11:07 (UTC +04:00)

Bakıda MOPED KABUSU: 12 ölü, 23 yaralı - HƏSSAS GÖRÜNTÜLƏR

Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, təkcə bu ilin ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb.

Eyni zamanda onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosiklet sürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə, hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digər insanların həyatını təhlükəyə atmamağa çağırır.

Motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur. Sürücülər anlamalıdır ki, qəza baş verdikdən sonra gələn zamanı geri qaytarmaq istəyi heç vaxt reallaşmayacaq. Amma baş verən hadisələrdən nəticə çıxarıb nəqliyyat vasitəsini qaydalar çərçivəsində idarə edərək, ara məsafəsini gözləyərək, sürət həddini aşmayaraq, svetoforun qadağanedici nişanında keçməyərək, təhlükəli manevrlər etməyərək qəzalardan yayınmaq mümkündür!

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür nəqliyyat vasitələrinin sürücülərinə qarşı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola bilməsi diqqətə çatdırılır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir. 

İkitəkərli nəqliyyat sürücülərinə bir daha müraciət edirik ki, ağır faciələrə səbəb olmamaq üçün yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2004

Oxşar yazılar

Ağstafada maşın gənc oğlanı vurub öldürdü

Ağstafada maşın gənc oğlanı vurub öldürdü

1 avqust 2025 , 01:17
Yevlaxda DƏHŞƏT:  ata intihar etdi, əlil qızı acından öldü

Yevlaxda DƏHŞƏT: ata intihar etdi, əlil qızı acından öldü

31 iyul 2025 , 22:43
Lerikdə 53 yaşlı rabitəçini "tok" vurub  öldürdü

Lerikdə 53 yaşlı rabitəçini "tok" vurub öldürdü

31 iyul 2025 , 22:30
Aeroport yolunda maşın yandı

Aeroport yolunda maşın yandı

31 iyul 2025 , 20:20
Bakıda bağ evində  meyit tapıldı

Bakıda bağ evində meyit tapıldı

31 iyul 2025 , 19:33
Şirvanda FACİƏ:  15 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

Şirvanda FACİƏ: 15 yaşlı qız 5-ci mərtəbədən yıxıldı

31 iyul 2025 , 18:50
İsmayıllıda gənc oğlan çayda batdı

İsmayıllıda gənc oğlan çayda batdı

31 iyul 2025 , 17:34
Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

Zaqatalada qadını vurub qaçan sürücü TUTULDU

31 iyul 2025 , 16:30