Bakıda minik maşını 2 "Kamaz"la toqquşdu: Ölən var
23 noyabr 2021 12:43 (UTC +04:00)

Bakıda minik maşını 2 "Kamaz"la toqquşdu: Ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 22-də saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nadir Rüstəmlinin idarə etdiyi “BMW”, C.Əliyevin idarə etdiyi “KamAZ” və R.Cəfərovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə N.Rüstəmli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar