Bakıda maşınların videoregistratorları  OĞURLANDI
18 fevral 2022 16:31 (UTC +04:00)

Bakıda maşınların videoregistratorları OĞURLANDI

Bakıda avtomobil və evlərdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, müxtəlif vaxtlarda rayon ərazisində 3 avtomobildən pul, videoregistrator və 780 manat dəyərində məişət əşyaları, bir evdən müşahidə kamerası, bir həyətdən isə su nasosu oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Yuzayev saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1380
avatar

Mehman Nəbiyev

Oxşar yazılar