Bakıda maşınların katalizatoru oğurlandı  -  VİDEO
22 noyabr 2021 13:03 (UTC +04:00)

Bakıda maşınların katalizatoru oğurlandı - VİDEO

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində avtomobillərin səsboğucu sistemi, yəni katalizatorlarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı Bakı şəhər sakini Xəyal Hüseynzadə tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun Yasamal və paytaxtın digər rayonlarında ümumilikdə 6 avtomobilin katalizatorunu oğurladığı məlum olub. Xəyal Hüseynzadə əsasən “Mitsubishi Pajero” markalı avtomobillərin katalizorlarını kəsib oğurladığını etiraf edib.

Qeyd edək ki, oğurlanan katalizatorlardan bir neçəsi Xəyal Hüseynzadə saxlanılan zaman onun üzərində aşkar olunub. 

Saxlanılan şəxs barəsində 26-cı Polis Bölməsində toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün istintaqa göndərilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Xəyal Hüseynzadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.  

Bakıda avtomobillərin katalizatorları oğurlandı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353
avatar

Mehman Nəbiyev

Oxşar yazılar