Bakıda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 62 yaşlı Teyyub Muxtarov yaşadığı evdə intihar etmək məqsədilə sirkə turşusu içib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Lakin burada görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma aparılır.