Bakıda kişi özünü binadan atdı - HADİSƏ YERİNDƏN VİDEO  - YENİLƏNİB
14 mart 2025 10:02 (UTC +04:00)

Bakıda kişi özünü binadan atdı - HADİSƏ YERİNDƏN VİDEO - YENİLƏNİB

Bakıda özünü binadan atan şəxsin kimliyi məlum olub.

Lent.az xəbər verir ki, hadisə dünən axşam saat 22 radələrində Sabunçu rayonu Məhəmmədi qəsəbəsində yerləşən "Göy qurşağı" yaşayış massivində baş verib.

31 yaşlı Tağıyev Güləmi Cahangir oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

Araşdırmalar davam etdirilir.

***
13 mart, saat: 21:51

Bakıda intihar hadisəsi baş verib. 

Lent.az xəbər verir ki, hadisə bu gün 21:00 radələrində Zabrat-Kürdəxanı yolunun üstündə yerləşən yaşayış kompleksində qeydə alınıb. 

Naməlum kişi özünü binadan atıb və aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Lent.az hadisə yerindən görüntüləri təqdim edir:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3098

Oxşar yazılar