Bakıda evdən  çürümüş meyit   tapıldı
05 may 2022 11:19 (UTC +04:00)

Bakıda evdən çürümüş meyit tapıldı

Bakıda evdən meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Burada evlərdən birində 90 yaşlı Novruzov Xəyyam Mirzə oğlunun çürümüş meyiti tapılıb.

Məlumata görə, meyitin 10-12 gün evdə qaldığı bildirilir. Belə ki, X. Novruzov tək yaşadığı üçün onun ölümündən kiminsə xəbəri olmayıb. Qonşular kişinin dünyasını dəyişdiyini hiss edərək, onun qohumlarına məlumat veriblər.

Onun hansı səbəbdən ölməsi hələlik bilinmir.

Faktla bağlı Nizami rayon Prokurluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3948
avatar

Mehman Nəbiyev

Oxşar yazılar