Bakıda dilənçi uşaq hərbi məktəbə yerləşdirildi: General olmaq istəyir...
18 mart 2022 14:18 (UTC +04:00)

Bakıda dilənçi uşaq hərbi məktəbə yerləşdirildi: General olmaq istəyir...

Bakıda küçədən tapılan uşaq hərbi təyinatlı təhsilə yönləndirilib.

Bbu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, tapılan həmin uşaq küçədə dilənçiliklə məşğul olurmuş:

“Həmin uşağı küçədən tapmışdıq. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi həmin uşağı dövlətin himayəsinə götürməklə hərbi təyinatlı təhsilə yönəltdi. Hazırda yüksək nəticələr göstərir. Sevindirici məlumatlar gəlir. Deyir ki, mən general olmaq üçün çalışıram, oxuyuram”.

# 2673
avatar

Mehman Nəbiyev

Oxşar yazılar