Bakıda baş verən yanğında ölən ailə üzvlərinin adları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, martın 18-i saat 12 radələrində Kürdəxanı qəsəbə sakini 75 yaşlı Sevil Ağaəli qızı Səlimovanın ümumi sahəsi 85 kv/m olan evinin 65 kv/m hissəsi yanıb.
Yanğın söndürüldükdən sonra S.Səlimovanın, qızı 45 yaşlı Nailənin və nəvəsi 12 yaşlı Hüseynin yanmış meyitləri tapılıb.
***
18 mart, saat: 17:50
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Lent.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Məlumata görə, ümumi sahəsi 80 m² olan, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i uşaq olmaqla 3 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.